Son dəqiqə

Çin

İflic xəstələri üçün insan beyni ilə idarə oluna bilən robot hazırlanıb

Bakı.TurkicWorld :

İnsan beyninin funksiyalarını təqlid edən çipdən istifadə etməklə robotun idarə edilməsin mümkün edən bu yeni kəşf dünyada ilk hesab olunur.

TurkicWorld xəbər verir ki, Çində baş tutan bu innovativ layihə beyin-kompüter interfeysləri (BCI) və süni intellekt (AI) texnologiyalarının birləşməsi ilə hazırlanıb.

Layihədə laboratoriyada yetişdirilən insan beyni hüceyrələri xüsusi olaraq hazırlanmış bir çip üzərində böyüdülüb və bu hüceyrələr robotun hərəkətlərini idarə edə üçün öyrədilib.

Araşdırma qrupunun rəhbəri Dr. Con Smit bildirib ki, bu texnologiya təkcə robototexnika sahəsində deyil, həm də nevroloji xəstəliklərin müalicəsində inqilaba səbəb ola bilər.

Smit, "Bu texnologiyadan istifadə edərək, iflic olan xəstələrin yenidən hərəkət qabiliyyətini bərpa etməyə kömək etməyi hədəfləyirik" deyib..

Qeyd edək ki, layihə tibb və texnologiya dünyasında böyük həyəcan yaradıb. Mütəxəssislər bildirirlər ki, bu texnologiya gələcəkdə insan-maşın qarşılıqlı əlaqəsində yeni era başlada həmçinin insan beyninin sərhədlərini daha da genişləndirə bilər.

Onu da əlavə edək ki, bu kəşf insan beyninin fövqəladə tutumunu və texnologiya ilə birləşdikdə nələrə nail ola biləcəyini bir daha ortaya qoyur.

Mövzuya görə xəbərlər