Son dəqiqə

Si Cinpin Qazaxıstan Çin Kasım-Jomart Tokayev

Çin Prezidenti Qazaxıstana rəsmi səfər edib

Bakı,TurkicWorld

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının Prezidenti Si Cinpini Alamatı hava limanında qarşılayıb.

TurkicWorld xəbər verir ki, hava limanında Cinpinin şərəfinə qarşılama mərasimi təşkil olunub.

Qazaxıstan və Çin xalqları arasında dostluğun əlaməti olaraq Si Cinpin və rəsmi nümayəndə heyətinin üzvləri əllərində iki ölkənin bayraqlarını tutan və çin dilində mahnı oxuyan uşaqlar tərəfindən qarşılanıb.

Səfər proqramına yüksək səviyyədə ikitərəfli danışıqların aparılması və bir sıra mühüm sənədlərin imzalanması daxildir.

Cinpin, Tokayevin dəvəti ilə Qazaxıstan Respublikasına dövlət səfərinə gəlib və iyulun 4-dək orada qalacaq.

Si Cinpin həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının 24-cü iclasında iştirak edəcək.

Mövzuya görə xəbərlər