Son dəqiqə

Peru

Peru sahillərində güclü zəlzələ baş verib

Bakı, TurkicWorld

Peru sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 4400 nəfərin yaşadığı Akari şəhərindən 93 km cənub-şərqdə yerləşib.

Ölənlər və dağıntılar barədə məlumat yoxdur.

Mövzuya görə xəbərlər