Son dəqiqə

Rusiya Ukrayna

Vətəndaşlıq alan 10 min miqrant xüsusi hərbi əməliyyata göndərilib-Rusiya

Bakı. TurkicWorld:

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin Rusiya vətəndaşlığını alan 10 min miqrantın Ukraynaya “xüsusi hərbi əməliyyat”a göndərildiyini bildirib.

TurkicWorld xəbər verir ki, Bastrikin 12-ci Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda iştirak etdiyi sessiyada Rusiyadakı mühacirlərlə bağlı açıqlamalar verib.

Rusiya vətəndaşlığı alan 30 min miqrantı hərbi xidmət üçün qeydiyyata aldıqları barədə məlumatı paylaşan Bastrikin, “Onlardan 10 mini xüsusi hərbi əməliyyata göndərilib” deyib.

Həmçinin, Bastrikin bildirib ki, ilin ilk 4 ayında paytaxt Moskva, Moskva vilayəti və Sankt-Peterburq şəhərinə 3 milyon miqrant gəlib.

Mövzuya görə xəbərlər