Son dəqiqə

Fələstin İsrail ABŞ Qəzza Benyamin Netanyahu

ABŞ silahları İsrailə çatdırılma mərhələsindədir

Bakı. TurkicWorld:

ABŞ silahları İsrailə çatdırılma mərhələsindədir.

TurkicWorld VOA-ya istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirliyinin X sosial media hesabında açıqlama verilib.

Bəyanatda, həmçinin Netanyahunun təslimatın baş tutmasını gözlədiyi qeyd edilib və İsrail rəsmilərinə amerikalı həmkarları ilə işləməyi tapşırıb.

Netanyahu bəyan edib ki, ABŞ dövlət katibi Entoni Blinken ABŞ administrasiyasının İsrailə bəzi silah və sursatların verilməməsi problemini həll etməyə çalışdığını təsdiqləyib.

Məlumat üçün qeyd edək ki, ABŞ 2023-cü il oktyabrın 7-də Qəzzaya hücumlarının başlamasından bu yana İsrailə milyardlarla dollar yardım etdiyi halda, ABŞ Konqresinin Nümayəndələr Palatası mayın 8-də İsrailə təxminən 250-1000 kiloqram ağırlığında bombaların tədarükünün dayandırıldığını bildirib.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 3 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər