Bakı. TurkicWorld:
Rəfah əməliyyatının məqsədləri demək olar ki, tamamlanıb.
TurkicWorld xəbər verir ki, bu haqda İsrail ordusunun bəyanatında deyilir.
Bəyanatda bildirilib ki, Qəzza zolağının cənubundakı Rəfah şəhərinin təxminən 60-70 faiz ərazisi hazırda İsrail qüvvələrinin “əməliyyat nəzarəti” altındadır.
“Müharibə başlamazdan əvvəl Qəzza zolağına rəhbərlik edən Fələstinin HƏMAS hərəkatının döyüş hissələrinin yarısı tam olaraq məhv edilib”-deyə bəyanatda bildirilir.
Qeyd edək ki, bu il mayın əvvəlində İsrail HƏMAS-ın son döyüş hissələrini məhv etmək məqsədi ilə Misirlə sərhəddə yerləşən Rəfah şəhərində hərbi əməliyyata başlamışdı.