Son dəqiqə

ABŞ Kaliforniya

Kaliforniyada təyyarə qəzası baş verib

Bakı,TurkicWorld:

ABŞ-ın Cənubi Kaliforniya ştatında köhnə tipli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

TurkicWorld xəbər verir ki, havaya qalxan köhnə iki mühərrikli Lockheed 12A tipli təyyarənin qəzaya uğradığı və qəza yerində yanğının başladığı bildirilib.

Alov nəzarət altına alındıqdan sonra təyyarənin qalıqlarından iki nəfərin cəsədi tapılıb.

Qəzada həyatını itirənlərin yaxınlarına başsağlığı verilib.

Mövzuya görə xəbərlər