Bakı, TurkicWorld
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan süni intellektlə yaratdığı “Boykot” mahnısını paylaşaraq Fələstinə dəstək olub.
TurkicWorld xəbər verir ki, bu barədə Ərdoğan X sosial media hesabından paylaşım edib.
“Biz səsimizlə, sözlərimizlə, dualarımızla, humanitar yardımlarımızla və əlimizdə olan bütün vasitələrlə Qəzzanın və Fələstinli qardaşlarımızın yanındayıq.” – deyə paylaşımda qeyd edilib.
Məlumat üçün bildirək ki, Ərdoğan paylaşımında AK Partiya İstanbul Millət vəkili və sənətçi Yücel Arzen Hacıoğullarının süni intellektlə yaratdığı "Boykot" mahnısının videosunu da yerləşdirib.
Videoda İsrailin Fələstinə bombalı hücumlarının kadrları, partlayışlardan qaçan fələstinli uşaqlar, boykot elan edilən məhsullar və dünyanın hər yerindən Fələstinə dəstək yürüşləri yer alıb.
Sesimizle, sözümüzle, dualarımızla, insani yardımlarımızla, elimizdeki tüm imkânlarla Gazze’nin, Filistinli kardeşlerimizin yanındayız. Onların asil ve onurlu direnişine her zaman destek vermeye devam edeceğiz. pic.twitter.com/77qX4whOeA
— Recep Tayyip Erdoğan (@RTErdogan) September 16, 2024
Hafiz Rufizoğlu