Son dəqiqə

Fələstin Misir Sloveniya Qəzza zolağı

Sloveniyanın Fələstin dövlətini tanımasından məmnunuq

Bakı. TurkicWorld:

Sloveniyanın Fələstini bir dövlət kimi rəsmən tanımasından məmnunuq.

TurkicWorld xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd X sosial media platformasında bildirib.

Əbu Zeyd qərarın iki dövlətli həll üçün əhəmiyyətli bir addım olduğunu vurğulayaraq, qərardan məmnun olduqlarını ifadə edib.

Misir sözçüsü qeyd edib ki, bu qərar iki dövlətli həllin həyata keçirilməsi üçün beynəlxalq səyləri gücləndirəcək.

“Bu gün Fələstinin suveren və müstəqil dövlət kimi tanınması İordan çayının qərb sahilində və Qəzzada olan Fələstin xalqına ümid verir” – deyə Sloveniyanın Baş naziri Robert Qolob sosial media hesabında paylaşım edib.

Xatırladaq ki, İspaniya, Norveç və İrlandiya da mayın 28-də Fələstini rəsmən tanımaq qərarına gəliblər.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər