Bakı. TurkicWorld:
Filippinin Neqros adasında yerləşən Kanlaon vulkanı 6 dəqiqə ərzində püskürüb və partlayışın təsiri nəticəsində 5 min metr hündürlükdə tüstü əmələ gəlib.
TurkicWorld xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan açıqlama verilib.
Açıqlamada Kanlaon vulkanı üçün xəbərdarlıq səviyyəsinin 1-dən 2-yə qaldırıldığı açıqlanıb və gələcəkdə vulkanda daha çox püskürmələrin ola biləcəyinə diqqət çəkilib.
Açıqlamada hadisənin yaxından izləndiyi və bölgə xalqının hər hansı bir inkişafa qarşı ayıq-sayıq olmağa çağırıldığı bildirilib.
Səlahiyyətlilər yerli əhaliyə, xüsusən də tənəffüs xəstəlikləri olanlara maska taxmağı tövsiyə edib.
Neqros Şərq əyalətinin Canlaon şəhərinin meri Xose Çubasko Kardenas verdiyi açıqlamada partlayışdan zərər çəkmiş 4 bölgədə yaşayan insanların təxliyəsi əmrini verdiyini bildirib.
Hafiz Rufizoğlu