Son dəqiqə

Özbəkistan Rusiya Vladimir Putin Şavkat Mirziyoyev

Özbəkistan və Rusiya arasında danışıqlar aparılıb

Bakı,TurkicWorld:

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin danışıqları rəsmi nümayəndə heyətlərinin iştirakı geniş tərkibdə danışıqlar aparılıb.

TurkicWorld xəbər verir ki, Danışıqlar zamanı Özbəkistan və Rusiya arasında, ilk növbədə, siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi məsələləri ətraflı müzakirə olunub.

Danışıqlar zamanı tərəflər parlamentlər, hökumətlər, nazirliklər, agentliklər, regionlar, ictimaiyyət, ekspertlər və işgüzar dairələr səviyyəsində fəal təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

Görüş zamanı nümayəndə heyəti üzvlərinin qısa məruzələri dinlənilib, müxtəlif sahələrdə praktiki əməkdaşlıq üçün konkret təkliflər səsləndirilib. Danışıqların sonunda dövlət başçıları hər bir istiqamət üzrə icra mexanizmlərini özündə əks etdirən yol xəritələrinin qəbul edilməsi barədə göstəriş veriblər.

Qeyd edək ki, iki dövlət arasında qarşılıqlı ticarət dövriyyəsi son 7 ildə isə 2,5 dəfə artıb. Tərəflər yaxın müddətdə satışları 30 milyard dollara çatdırmağı hədəfləyirlər.

Mövzuya görə xəbərlər