Son dəqiqə

Fələstin İsrail Beynəlxalq Ədalət Məhkəməsi Qəzza zolağı Cənubi Afrika Respublikası

CAR Beynəlxalq Ədalət Məhkəməsinə İsrail üçün yeni sorğu göndərib

Bakı. TurkicWorld:

Cənubi Afrika Respublikası (CAR) Beynəlxalq Ədalət Məhkəməsinə İsrail üçün yeni sorğu göndərib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, CAR Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı açılan soyqırım işində təcili olaraq əlavə tədbirlərin görülməsini istəyib.

Bundan əlavə, əvvəllər verilmiş ehtiyat tədbirləri ilə bağlı qərarlara yenidən baxılması tələb olunub.

CAR Qəzzada dəyişən şərtlər qarşısında Beynəlxalq Ədalət Məhkəməsinin daha əvvəl qəbul etdiyi ehtiyat tədbirlərinin qeyri-kafi olduğunu bildirib.

“İsrailin Rəfaha hücumu nəticəsində yaranacaq vəziyyət Qəzzada Fələstin xalqının hüquqlarına düzəlməz ziyan vuracaq” – deyə tələbdə qeyd edilib.

Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb.

Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər