Son dəqiqə

Tel-Əviv Benyamin Netanyahu

Tel-Əvivdə Netanyahu hökumətinə qarşı nümayişlər davam edir

Bakı. TurkicWorld:

İsrailin paytaxtı Tel-Əvivdə baş nazir Benyamin Netanyahu hökumətinə qarşı nümayişlər davam edir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, etirazçılar həmçinin İsraildə təcili seçkilərin keçirilməsini tələb ediblər.

İsraillilər Təl-Əvivdə İsrailin baş naziri Benyamin Netanyahu hökumətinə qarşı nümayiş keçirərək oktyabrın 7-də əsir götürülən israilli əsirlərin azad edilməsi üçün razılığın əldə olunmasını tələb edirlər.

Xatırladaq ki, 18-25 fevral tarixində də İsraildə minlərlə insan baş nazir Benyamin Netanyahu hökumətinin istefası və erkən seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyaları keçirib.

Nümayişçilər səsgücləndiricilərdən Netanyahu hökumətinin əleyhinə şüarlar səsləndirib. İsrail polisi nümayişçilərin ərazini tərk etməsinə mane olmaq üçün yük maşınları ilə yolu bağlayıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər