Qəzzada ağır humanitar böhran var - ABŞ insan haqları hesabatı

Qəzzada ağır humanitar böhran var - ABŞ insan haqları hesabatı

Bakı, TurkicWorld

ABŞ Dövlət Departamenti İsrailin Qəzzada insan haqlarını pozması ilə bağlı hesabat dərc edib.

TurkicWorld AzerVoice -a istinadən xəbər verir ki, hesabatda bölgənin əsasən yaşayış üçün yararsız hala düşdüyü vurğulanıb.

İsrailin çoxlu sayda jurnalistin ölümünə səbəb olduğu bildirilib.

Bundan başqa, hesabatda Yunanıstanın mühacirlərə qarşı qanun pozuntuları və Rusiyanın Ukraynadakı pozuntuları da yer alıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.