Son dəqiqə

Fələstin İsrail Misir Sameh Şükri Qəzza zolağı

Sülhün əldə edilməməsi regionu təhlükəyə atacaq - Şükri

Bakı. TurkicWorld:

İsrailin sülhü rədd etməsi bütün regionu görünməmiş təhlükələrə sürükləyəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Samih Şükri Qambiyanın paytaxtı Banjulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində çıxış edib.

Şükri fələstinlilərin İordan çayının qərb sahilindən və Qəzza zolağından məcburi köçürülməsi yolu ilə Fələstin davasını ləğv etmək səylərinə qarşı qəti mövqe nümayiş etdirməyə çağırıb.

“Qırmızı dəniz və regionda mövcud münaqişənin genişlənməsi İsrailin sülhü rədd etməsinin bütün regionu görünməmiş təhlükələrə sürükləyəcəyinin ən yaxşı göstəricisidir” - deyə o qeyd edib.

Şükri qeyd edib ki, 1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasının alternativi yoxdur, lakin bununla Yaxın Şərqdə sabitlik əldə oluna bilər.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər