Son dəqiqə

Türkiyə Fələstin İsrail Hakan Fidan

Qəzza müharibəsi tez bir zamanda həll edilməlidir – Hakan Fidan

Bakı. TurkicWorld:

Qəzza müharibəsi tez bir zamanda həll edilməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

İsrailin fələstinlilərin torpaqlarını işğal etməyə davam etdiyini bildirən Hakan Fidan təcili olaraq iki dövlətli həllə nail olunmasının vacibliyini vurğulayıb.

"Əgər bu faciədən dərs almasaq və iki dövlətli həll yolu tapılmasa, bu, son Qəzza müharibəsi olmayacaq. Bizi başqa müharibələr gözləyir. Biz həmçinin İsraili 1967-ci il sərhədlərini qəbul etməyə dəvət etməliyik. Təkcə Həmas deyil, bütün fələstinlilər 1967-ci ilə əsaslanan Fələstin dövləti yaratmağa hazırdırlar.” – deyə Fidan qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər