Son dəqiqə

Fələstin İsrail

İsrail əsgərləri İordan çayının qərb sahilində 50 fələstinlini həbs edib

Bakı. TurkicWorld:

İsrail əsgərləri İordan çayının qərb sahilində 50 fələstinlini həbs edib.

TurkicWorld xəbər verir ki, İsrail ordusu İordan çayının qərb sahilindəki Nur Şəms Qaçqınlar Düşərgəsinə qarşı təxminən 3 gündür həyata keçirdiyi hücumlarda yaralılar da daxil olmaqla 50 fələstinlini nəzarətə götürdüyü açıqlanıb.

Fələstinlilərə qarşı açıq yerlərdə məhbusların dindirilməsi, insanlardan canlı qalxan kimi istifadə edilməsi, döyülməsi, paltarlarının soyulması kimi ciddi hücumlar və pozuntular həyata keçirilib.

İsrail qüvvələrinin oktyabrın 7-dən etibarən Tulkərimdə təxminən 500 nəfəri nəzarətə götürdüyü, aralarında qadın, uşaq, qoca, xəstə və yaralı da daxil olmaqla yüzlərlə adamı açıq ərazilərdə sorğu-sual etdiyi açıqlanıb.

Məlumat üçün qeyd edək ki, oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 8 min 400 fələstinli həbs edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər