Əlcəzair Qəzzaya 162 ton humanitar yardım göndərib

Əlcəzair Qəzzaya 162 ton humanitar yardım göndərib

Bakı. TurkicWorld:

Əlcəzair Qəzzaya 162 ton humanitar yardım göndərib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Əlcəzairin Qəzzada Fələstin xalqına ikinci humanitar yardımı hava yolu ilə göndərilib.

Əlcəzair Qızıl Aypara Cəmiyyətinin prezidenti İbtisam Həmləvi mətbuata açıqlamasında humanitar yardımın, prezident Əbdülməcid Tebbunun martın 24-də verdiyi göstərişə uyğun olaraq Misirin Əl-Ariş şəhərinə çatdırılacağını bildirib.

Daha əvvəl Qəzzaya 150 ton yardım göndərdiklərini bildirən Həmləvi, Qəzza zolağına hava yolu ilə 310 tondan çox yardım göndərdiklərini qeyd edib..

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib

Hafiz Rufizoğlu