Son dəqiqə

Fələstin İsrail Qəzza

İsrail Qəzzada humanitar yardım gözləyənləri hədəf alıb

Bakı, TurkicWorld:

İsrail ordusunun Qəzza şəhərində humanitar yardım gözləyən fələstinliləri hədəf alması nəticəsində altı nəfər həlak olub.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA məlumat verib.

Məlumatda bildirilib ki, İsrail qüvvələrinin Qəzza şəhərinin şərqindəki sənaye zonasında humanitar yardım gözləyən dinc sakinləri hədəf alması nəticəsində altı fələstinli həyatını itirib.

İsrail ordusu Qəzza şəhərinin müxtəlif bölgələrinə qarşı hücumlarını davam etdirir.

Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 32 minə yaxın fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin çərşənbə günü Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

Mövzuya görə xəbərlər