Qəzza zolağında dərhal atəşkəs təmin edilməlidir - Quterreş

Qəzza zolağında dərhal atəşkəs təmin edilməlidir - Quterreş

Bakı. TurkicWorld:

Qəzza zolağında dərhal atəşkəs təmin edilməlidir.

TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş deyib.

O, Qəzzaya dərhal atəşkəs və fasiləsiz humanitar yardımın vaxtının çatdığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) internet saytında verilən açıqlamaya görə, baş katib Antonio Quterreş Misir və Qəzza arasındakı Rəfah Sərhəd Qapısı qarşısında mətbuat konfransı keçirib.

Quterreş evlərin dağıdıldığını, ailələrin və nəsillərin tamamilə məhv edildiyini, aclıq və qıtlığın xalqı bürüdüyünü bildirib.

Quterreş qeyd edib ki, fələstinlilər aylarca davam edən sıxıntı və ağrıdan sonra Ramazan ayına İsrailin hücumları və humanitar yardımların daxil olmasına maneələrlə daxil olublar.

Hafiz Rufizoğlu