Son dəqiqə

Azərbaycan BMT Anar Quliyev

Anar Quliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi ilə görüşüb

BAKI,TurkicWorld

Dövlət Şəhərsalam və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Azərbaycanda yeni təyin olunan müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç ilə görüşüb.

TurkicWorld xəbər verir ki, Anar Quliyev qonağa Azərbaycanın milli prioritetləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq post-münaqişə dövründə həyata keçirilən bərpa-quruculuq proseslərində əldə olunan irəliləyişlərdən bəhs edib.

Həmçinin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması və may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq barədə ətraflı məlumat verilib.

Mövzuya görə xəbərlər