Son dəqiqə

Tesla Almaniya

Teslanın Berlindəki fabrikində yanğın səbəbilə işlər dayandırılıb

Bakı. TurkicWorld:

ABŞ-ın məhşur elektrik avtomobil istehsalçısı Teslanın Almaniyanın Berlin şəhərindəki fabrikindəki işini yanğın səbəbilə dayandığı bildirilib.

TurkicWorld Alman mediasına istinadən xəbər verir ki, Almaniyanın Qosen-Neu Zittau bölgəsində yanan elektrik dirəyi səbəbindən elektrik enerjisinin kəsilməsi Tesla fabrikində işlərin dayandırılmasına səbəb olub.

Tesla məsələ ilə bağlı heç bir açıqlama verməsə də, yanğının qəsdən törədildiyi və polisin yanğınla bağlı araşdırmalara başladığı bildirilib.

Keçən həftə "Stop Tesla" təşəbbüsünün 80-ə yaxın fəalı Tesla fabrikinin yaxınlığındakı meşə sahələrini məhv edəcək genişləndirmə planına etiraz ediblər .

Fabrikin yanındakı meşə sahəsinin Tesla tərəfindən işğal edildiyini iddia edən fəallar Teslanın fabrikini genişləndirmə planına qarşı Grünheide bölgəsinin sakinlərini dəstəkləyib və bölgədəki içməli su sahələrinin qorunmasını istəyiblər.

İlon Maska məxsus Tesla şirkəti, təchizat təhlükəsizliyini artırmaq üçün sözügedən mövcud 300 hektarlıq fabrikin yanında anbarlar və işçilərin uşaqları üçün uşaq bağçası tikməyi planlaşdırır.

İddia edilir ki, Teslanın planı təxminən 100 hektarlıq ərazidə ağacların kəsilməsinə səbəb olacaq.

Mövzuya görə xəbərlər