Son dəqiqə

Türkiyə İsrail Rusiya Qəzza

Qəzza məsələsində Rusiya Türkiyə ilə eyni tərəfdədir

Bakı. TurkicWorld:

Qəzza məsələsində Rusiya Türkiyə ilə eyni tərəfdədir.

TurkicWorld xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının İstanbuldakı baş konsulu Andrey Buravov deyib.

"Qəzza ilə bağlı mövqeyimiz məlumdur. Humanitar yardımın Qəzzaya çatdırıla bilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Qəzzada daimi atəşkəsin dərhal təmin olunmasını istəyirik. Fələstin dövlətinin qurulmasının "zərurət" olduğunu hesab edirik. Eyni zamanda, Türkiyənin İsrail-Fələstin məsələsində qarant formulunu müzakirə etməyə hazırıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 29 min 92 nəfərə çatıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər