İspaniyada minlərlə insan Qəzza üçün yürüş keçirib

İspaniyada minlərlə insan Qəzza üçün yürüş keçirib

Bakı. TurkicWorld:

İspaniyada minlərlə insan Qəzza üçün yürüş keçirib.

TurkicWorld-un məlumatına görə, İspaniyada solçu partiyalar, birliklər və qeyri-hökumət təşkilatları, o cümlədən nazirlər Fələstinə dəstək nümayişində iştirak edib.

“Bu, müharibə deyil, soyqırımdır”, “Fələstinə azadlıq”, “Dərhal atəşkəs” kimi şüarlar səsləndirən və bu bəyanatların əks olunduğu plakatlar daşıyan ispanlar İsrailin Qəzzanı işğal edib bombalamasını, həmçinin Rəfaha hücum planını tələb ediblər.

İsrailin Qəzzada sağlamlıq və su infrastrukturlarına hücumlarını sərt şəkildə tənqid edən İspaniyadakı solçu siyasi partiya və təşkilatlar tibb işçiləri və jurnalistlərin öldürülməsini, binaların yarıdan çoxunun sökülməsini və 1 milyon 700 min fələstinlinin didərgin salınmasını pisləyib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 775 nəfərə çatıb.

Hafiz Rufizoğlu