Bakı. TurkicWorld:
Türkiyə rəsmiləri Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İsrail limanında bloklanan yardım daşımaları problemini həll etmək üçün İsrail rəsmiləri ilə əlaqə saxlayıb.
TurkicWorld bu barədə Türkiyə diplomatik mənbələrinə istinadən xəbər verir.
Qeyd edək ki, Türkiyə UNRWA-ya yardım çərçivəsində hər il 26 min ton ərzaq yardımı edir. Aşdot limanına göndərilən təxminən 1100 konteynerdən ibarət 200-ə yaxın yardım konteyneri keçib, qalanları isə hələlik içəri buraxılmayıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 340 nəfərə çatıb.