Son dəqiqə

BMT İsrail Qəzza zolağı Antonio Quterreş

BMT-nin baş katibi Rəfaha hücum etməyə hazırlaşan İsrailə xəbərdarlıq edib

Bakı. TurkicWorld:

BMT-nin baş katibi Quterreş Rəfaha hücum etməyə hazırlaşan İsrailə xəbərdarlıq edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Quterreş BMT Baş Assambleyasında 2024-cü il üçün prioritetləri haqqında danışan zaman deyib.

BMT-nin varlığının səbəbinin sülh olduğuna işarə edən Quterreş, ümumi dünyaya nəzər saldıqda ən böyük çatışmazlığın sülh olduğunu gördüyünü ifadə edib.

Quterreş bəyan edib ki, münaqişələr və geosiyasi parçalanmalar artdıqca dünyada sülh təhdid altındadır.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər