Son dəqiqə

Fələstin İsrail Qəzza

İsrailin Qəzzaya hücumları nəticəsində öldürülənlərin sayı 17 mini keçib

Bakı. TurkicWorld:

İsrailin Qəzzaya hücumları nəticəsində öldürülənlərin sayı 930 nəfər artaraq 17 min 177 nəfərə çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, ölənlərin 7 min 729 nəfəri uşaq, 5 min 153 nəfəri isə qadınlardır.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər