Rusiya Yaxın Şərqdə BMT sülhməramlılarının mandatının genişləndirilməsini təklif edib

Rusiya Yaxın Şərqdə BMT sülhməramlılarının mandatının genişləndirilməsini təklif edib

Bakı. TurkicWorld:

Rusiya hesab edir ki, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq qətnaməsinin müddəalarının həyata keçirilməsi variantlarından biri BMT-nin Atəşkəsə Nəzarət Orqanının rolunun genişləndirilməsi ola bilər.

TurkicWorld-un məlumatına görə, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

"Biz gözləyirik ki, BMT-nin Baş katibi 2712 saylı qətnamədə nəzərdə tutulduğu kimi, onun həyata keçirilməsinə nəzarət mexanizminin təşkili üçün konkret variantlarla bağlı təkliflərini ən qısa zamanda təqdim edəcək”,- deyə V.Nebenzya bildirib.

Onun sözlərinə görə, variantlardan biri BMT-nin Atəşkəsə Nəzarət Orqanının mandatının genişləndirilməsi ola bilər.

"Bu missiyada iki yüzdən çox hərbi müşahidəçi var, onların sayı artırıla bilər və resursların müvafiq artımı şərti ilə yerləşdirilə bilər. Baş katibdən tələb edirik ki, bu variant üzərində işləsin və ya alternativ təklif etsin", - deyə o qeyd edib.