Son dəqiqə

İsrail Qəzza zolağı

Fələstinli məhbuslar üçün ölüm cəzasının tətbiqi müzakirə edilir – İsrailli nazir

Bakı. TurkicWorld:

Fələstinli məhbuslar üçün ölüm cəzasının tətbiqi müzakirə edilir.

TurkicWorld-un məlumatına görə, bu barədə İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib.

“Parlament bazar ertəsi fələstinli məhbuslar üçün ölüm cəzasını nəzərdə tutan qanun layihəsinin ilk səsverməsinə hazırlıq məsələlərini müzakirə edəcək”-deyə o qeyd edib.

Ben-Qvir qeyd bildirib ki, qanun layihəsini onun rəhbərlik etdiyi Yəhudi Güc Partiyası təklif edib və bütün millətvəkillərinin bunu dəstəkləmələrini gözləyir.

Mart ayında İsrail parlamenti Ben-Qvirin ilkin iclasda təqdim etdiyi və israilliləri öldürməkdə təqsirli bilinən fələstinli məhbuslara ölüm cəzası tətbiq etməyə imkan verən qanun layihəsini təsdiqləyib.

Baş nazir Benyamin Netanyahunun dəstəklədiyi qanun layihəsi fələstinlilər tərəfindən sərt şəkildə tənqid edilib.

Qanun layihəsinin qüvvəyə minməsi üçün ilkin iclasdan sonra daha üç iclasda səsə qoyulmalıdır.

Məlumat üçün qeyd edək ki, ölüm hökmü İsrail tarixində yalnız bir dəfə keçmiş nasist cinayətkarına qarşı, 1962-ci ildə istifadə olunub.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər