Qərb dünyada nüfuzunu itirir - Patruşev

Qərb dünyada nüfuzunu itirir - Patruşev

Bakı. TurkicWorld:

Qərbin maraqları ətrafında cəmləşmiş dünya nizamı tədricən dağılır və proses artıq geridönülməzdir.

TurkicWorld xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada Müstəqil Dövlətlər Birliyindən (MDB) olan həmkarları ilə görüşdə deyib.

"Görüşümüz bütün dünya üçün çətin bir dövrdə keçir. Qərb mərkəzli dünya nizamının dağılması prosesi geridönülməzdir. Anqlosakslar və bütünlükdə kollektiv Qərb nüfuzunu itirir və artıq beynəlxalq münasibətlərin əsas subyekti deyil", - o deyib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Qərb ölkələrinin baş verənlərlə barışmaq istəmədiyini və öz dominantlığını saxlamağa çalışdığını qeyd edib.

"Onlar sürətlə hərbi potensiallarını gücləndirir və iqtisadi və siyasi baxımdan onlardan asılı olan ölkələrə öz şərtlərini daha aqressiv şəkildə diktə etməyə çalışırlar", - Patruşer deyib.