Qəzzaya göndərilən humanitar yardımlar əhaliyə çatdırılacaq - Blinken

Qəzzaya göndərilən humanitar yardımlar əhaliyə çatdırılacaq - Blinken

Bakı. TurkicWorld:

Qəzzaya göndərilən humanitar yardımlar əhaliyə çatdırılacaq.

TurkicWorld xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken Türkiyədə jurnalistlərin sualını cavablayarkən deyib.

"İsrail-Fələstin münaqişəsini həll etməyə çalışarkən həm də gələcəyi düşünürük. Görüş zamanı əsas diqqəti girov məsələsinə yönəltdik. Hesab edirik ki, girovların azad edilməsində digər ölkələr də mühüm rol oynaya bilər. İsveçə gəlincə, prezident Ərdoğanın üzvlük protokolunu imzalaması və parlamentə göndərməsi son dərəcə müsbət haldır", - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkeni qəbul edib. Görüş çərçivəsində İsrail-Fələstin münaqişəsi barədə müzakirələr aparılıb.

Ləman Əsədli

X: Lamanasadli01