Son dəqiqə

Səudiyyə Ərəbistanı Cənubi Koreya

Cənubi Koreya və Səudiyyə Ərəbistanı 15,6 milyard dollar dəyərində sənəd imzalayacaqlar

Bakı. TurkicWorld:

Cənubi Koreya Prezidenti Yun Sok Yolun krallığa səfəri zamanı Koreya Respublikası və Səudiyyə Ərəbistanı arasında 15,6 milyard dollar dəyərində 51 anlaşma memorandumunun imzalanması planlaşdırılır.

TurkicWorld-un məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya liderinin ofisinə istinadən məlumat yayıb.

Memorandumlar oktyabrın 22-23-də Ərəbistanda investisiya forumu və ölkələr arasında tikinti sahəsində əməkdaşlığın 50 illiyi mərasimi zamanı imzalanacaq. Sənədlər müxtəlif sənaye sahələrini, o cümlədən neft ticarəti, hidrogen enerjisi və qida sahələrini əhatə edir. Statistika idarələri arasında da memorandum imzalanacaq.

Mövzuya görə xəbərlər