Bakı. TurkicWorld:
İsveçin NATO üzvlüyünün təsdiqlənməsində tələsməyə ehtiyac yoxdur.
TurkicWorld-un məlumatına görə, bu barədə Macarıstanın baş naziri Viktor Orban bəyan edib.
"İsveçin təhlükəsizliyini təhdid edən heç bir vəziyyət yoxdur. Buna görə də NATO üzvlüyünün təsdiqlənməsində tələsməyə ehtiyac yoxdur"- deyə Orban qeyd edib.
Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto iyunun 14-də bəyan edib ki, Macarıstan hökuməti İsveçin NATO-ya üzvlüyünü dəstəkləyir, lakin Stokholm hökumətinin ölkəsinə etdiyi “təhqirləri” nəzərə alaraq yekun qərar parlamentə məxsusdur.
“Bu cür tənqidlər İsveçin NATO üzvlüyünü təsdiqləməmək üçün əsaslı səbəbdir.” – deyə nazir qeyd edib.
Xatırladaq ki, Budapeşt hökuməti iyunun 28-də İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi sessiyasının payıza qədər təxirə salındığını elan edib.
Macarıstanda müxalifət iyulun 31-də İsveçin NATO-ya daxil olmasını təsdiqləmək üçün növbədənkənar parlament iclasına başlayıb.
Hakim partiyanın deputatlarının boykot etdikləri sessiyaya gəlməməsi səbəbindən kifayət qədər səs çoxluğu əldə olunmadığından səsvermə keçirilə bilməyib.
Hafiz Rufizoğlu