Son dəqiqə

Çin Tayvan

Çin Tayvan boğazının əks sahilində hərbi təlimlər keçirib - Tayvan MN

Bakı. TurkicWorld:

Çin Tayvan boğazının əks sahilində hərbi təlimlər keçirib.

TurkicWorld-un məlumatına görə, bu barədə Tayvan Müdafiə Nazirliyi rəsmi X (twitter) hesabında edilən açıqlamada deyib.

Açıqlamada, Çin ordusunun Fujian əyalətinin cənubunda, Tayvan boğazının əks sahilində Dongshan adası və Dançinq körfəzi ətrafında hərbi təlimlər keçirdiyi qeyd olunub.

Məlumat üçün qeyd edək ki, Çin ordusunun keçən həftə Qərbi Sakit okeanda Şandong təyyarə gəmisinin də iştirak etdiyi hərbi manevr keçirdiyi və həmin həftə Tayvan ətrafında rekord sayda hərbi təyyarə və gəminin aşkarlandığı iddia edilib.

Xatırladaq ki, Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan, Çin Xalq Respublikasının yarandığı 1949-cu ildən bəri faktiki müstəqillik əldə edib.

Vətəndaş müharibəsindən sonra materik Çin və Tayvan arasında yaranan ayrılıq hələ də davam edir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər