Bakı. TurkicWorld:
Qurani-Kərimə qarşı təxribatlar ciddi təhlükəsizlik probleminə çevrilib.
TurkicWorld-un məlumatına görə, bu barədə İsveçin Baş naziri Ulf Kristersson Ədliyyə Naziri Qunnar Strömmer ilə keçirilən mətbuat konfransında deyib.
"Qurana qarşı təxribatlar, NATO üzvlüyünün ləngiməsi və Rusiya-Ukrayna müharibəsi təhlükəsizliyimizə ciddi təsir edir. Bu ciddi təhlükəsizlik problemlərinin qarşısını almaq üçün biz bu istiqamətdə daxili sərhəd nəzarətini işə sala bilərik”-deyə İsveç baş naziri bildirib.
Strömmer bildirib ki, İctimai asayiş qanununun dəyişdirilməsi istiqamətində müzakirələr aparılır.
Məlumat üçün qeyd edək ki, İsveçdə Quranın 3 yerdə yandırılması üçün edilən icazə tələbləri geri götürülüb.
Momika sonuncu dəfə İsveçdə iyulun 31-də İsveç parlamentinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.