Son dəqiqə

Rusiya Vladimir Putin Aleksandr Lukaşenko

Putin Lukaşenkoya zəng etdi

Bakı. TurkicWorld:

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkoya zəng edib.

TurkicWorld xəbər verir ki, Putin Rusiyadakı vəziyyət barədə Lukaşenkoya məlumat verib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, "Vaqner"in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, "Vaqner" qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin "25 minlik ordu ilə" Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq "hərbi çevrilişinə cəhd" maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

Mövzuya görə xəbərlər