23 fevral tarixində dünyada nələr baş verib?

23 fevral tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

23 fevral tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

23/02/532 - Bizans imperatoru I Yustinian Konstantinopolda Ayasofyanın tikilməsinə göstəriş verib.

23/02/715 - Əməvilərin altıncı xəlifəsi I Vəlid bu gün vəfat edib.

23/02/1455 — Qərbdə ilk daşınan tipli və çap edilmiş kitabı Qutenberq bibliyası nəşr olunub.

23/02/1507 – İtalyalı rəssam Gentile Bellini bu gün vəfat edib.

23/02/1653 - Qərbi Anadoluda baş verən şiddətli zəlzələdə Dənizli, Nazilli, Tire və Uşakda evlər dağılıb, minlərlə insan ölüb və yaralanıb.

23/02/1744 – Rotşildlər sülaləsinin banisi Mayer Amşel Rotşild bu gün anadan olub.

23/02/1893 - Rudolf Dizel dizel mühərrikini patentləşdirib.

23/02/1903 - Kuba Quantanamo həbsxanasını ABŞ-a kirayə verib.

23/02/1911 - Azərbaycan teatr aktyoru və rejissoru Şəmsi Bədəlbəyli bu gün anadan olub.

23/02/1915 – Amerika əsgəri və pilotu Pol Tibbets bu gün anadan olub. (Xirosimaya atom bombası atan Enola Gay B-29 Superfortressinin pilotu)

23/02/1918 - Qırmızı Ordu Leon Trotski tərəfindən yaradılıb.

23/02/1930 – Türkmənistanlı qadın opera müğənnisi Mədəniyyət Şahberdiyeva bu gün anadan olub.

23/02/1940 — Fərman Mahmudov, Azərbaycan arxeoloqu anadan olub.

23/02/1940 - "Buratino" cizgi filmi ekranlara çıxıb.

23/02/1941 - Plutonium, ilk dəfə Dr. Qlenn T. Seaborg tərəfindən parçalanmış və istehsal edilmişdir.

23/02/1944 - Böyük Çeçen-İnquş Sürgünü; Bu sürgünlə 500 min çeçen-inquş öz vətənlərindən Orta Asiya və Sibirə sürgün edilib.

23/02/1945 - II. İkinci Dünya Müharibəsi: Sakit Okean Cəbhəsində Manila ABŞ-ın əlinə keçib.

23/02/1945 - Türkiyə-ABŞ ikitərəfli yardım müqaviləsi imzalanıb.

23/02/1945 – Rus yazıçı Aleksey Tolstoy bu gün vəfat edib.

23/02/1945 - Türkiyə Nasist Almaniyasına və Yaponiya İmperiyasına müharibə elan edib.

23/02/1947 - Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) yaradılıb.

23/02/1954 - Pitsburqda Salk peyvəndi ilə poliomielit infeksiyasına qarşı ilk kütləvi peyvənd proqramı başladılıb. (Sabin peyvəndi 1962-ci ildə istifadəyə gələcək)

23/02/1980 - Ayətullah Xomeyni ABŞ səfirliyindəki girovların taleyinin İran parlamenti tərəfindən həll ediləcəyini bəyan edib.

23/02/1991 - Körfəz Müharibəsi: ABŞ Quru Qoşunları Səudiyyə Ərəbistanı ilə sərhədi keçərək İraq ərazisinə daxil olub.

23/02/1991 - Taylandda general Sunthorn Kongsompong baş nazir Çatichai Çunhavanı istefaya göndərərək qansız çevrilişlə hakimiyyəti ələ keçirib.

23/02/1994 - Mobil telefon şəbəkələri istifadəyə verilib.

23/02/1996 – Amerikalı serial qatil Uilyam Bonin bu gün edam edilib.

23/02/1997 - (2003-cü il fevralın 14-də ölən), genetik replikasiya ilə yaranan ilk məməli olan Dolly qoyununun Şotlandiyada Roslin İnstitutunda klonlaşdırıldığı açıqlanıb.

23/02/1997 - Rusiyanın "Mir" kosmik stansiyasında güclü yanğın baş verib.

23/02/2003 — Azərbaycan aktyoru Həsənağa Turabov bu gün vəfat edib.