Bakı. TurkicWorld:
20 İyul tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.
Xüsusi günlər
20/07/1402 - Osmanlı sultanı İldırım Bəyazid ilə Teymurləng arasında Ankaranın Çubuq düzənliyində Ankara döyüşü baş verib.
20/07/1903 - Ford ilk avtomobilini istehsal edib.
20/07/1936 - Türkiyə ilə Montrö Boğazları Konvensiyası imzalanıb. Bu konvensiyaTürkiyənin Qara dənizlə Aralıq dənizini birləşdirən Bosfor və Dardanel boğazları üzərindəki suverenliyini qaytaran İsveçrənin Montrö şəhərində keçirilmiş beynəlxalq konfransda qəbul olunmuş bir konvensiyadır. Konvensiyanın qəbul olunduğu konfrans, 1936-cı il 22 iyun - 21 iyul aralığında keçirilmiş və Türkiyənin boğazlar üzərində hüququnu rəsmiləşdirən beynəlxalq xarakterli sazişin qəbul edilməsi ilə yekunlaşmışdır. Bununla belə, Türkiyə beynəlxalq dəniz hüququ prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürmüşdür. 1936-cı il iyulun 20-də İsveçrədə Montrö Sarayında imzalanan konvensiya, Türkiyənin boğazları yenidən hərbi vəziyyətə gətirməsinə icazə verdi. Konvensiya 1936-cı il noyabrın 9-da qüvvəyə minmiş və həmən il dekabrın 11-də Millətlər Birliyi Müqavilə Seriyasında qeydiyyata alınmışdır. Konvensiya hazırda qüvvədə qalmaqda davam edir.
20/07/1940 - Danimarka Birləşmiş Millətlər Təşkilatını tərk edib.
20/07/1969 - Tarixdə ilk dəfə olaraq insanlı kosmik gəmi Aya qalxıb. Apollon 11 Ay səthinə enib. Aya ayaq basan ilk insan da astronavt Nil Armstronq olub.
20/07/1974 - Kipr Əməliyyatı: Türk Silahlı Qüvvələri Zəmanət Müqaviləsinin üçüncü maddəsinə uyğun olaraq Kiprdə hərbi əməliyyatlara başlayıb.
20/07/1975 - Ege Ordusu qurulub və general Turqut Sunalp Ege Ordu Komandanlığına təyin edilib.
20/07/2014 - Bakı bulvarında Park Bulvar ticarət mərkəzinin açılışı olub.
20/07/2016 - Türkiyədə hərbi çevriliş cəhdindən sonra Milli Təhlükəsizlik Şurasının tövsiyəsi və Nazirlər Şurasının qərarı ilə 3 aylıq fövqəladə vəziyyət elan edilib.