Bakı. TurkicWorld:
5 İyul tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.
Xüsusi günlər
05/07/1687 - İsaak Nyuton "Təbiət fəlsəfəsinin riyazi prinsipləri" əsərini çap edib.
05/07/1811 - Venesuela İspaniyadan müstəqilliyini elan edib.
05/07/1830 - Fransa Əlcəzairi işğal edib.
05/07/1881 - Azərbaycanın dövlət xadimi Nəsib bəy Yusifbəyli anadan olub.
05/07/1921 - İtalyan qoşunları Antalyadan tamamilə geri çəkilib.
05/07/1939 - Türk qoşunları Hataya daxil olub. 1936-cı ildə fransızların elan etdiyi hərbi vəziyyət ləğv edilib. Hatay 1516-cı ildə Osmanlı dövlətinin sərhədlərinə daxil olub. Birinci Dünya Müharibəsinin sonunda Fransanın bölgəni işğalı ilə Hatay da nəzarətdən çıxıb. 20 oktyabr 1921-ci ildə Türkiyə ilə Fransa arasında imzalanan Ankara müqaviləsi ilə Hatay Fransanın hakimiyyəti altında olan Suriya sərhədləri daxilində qalıb. Lakin 1935-ci ildə Fransa Hatay üzərindəki hüquqlarını Suriya rəhbərliyinə keçirib. Bunun üzərinə Türkiyə Ankara razılaşmasının pozulduğunu bəyan edərək bu vəziyyəti Millətlər Cəmiyyətinə qaldırıb və bölgənin müstəqil olması lazım olduğunu bəyan edib. 5 iyul 1939-cu ildə fransızlar Hatay üzərində haqq iddia etdikdə 5 min türk əsgəri Hataya daxil olub və Hatay yekdilliklə Türkiyəyə qatılıb. Tarixdə bu gün Hatayın fransız işğalından azad olunduğu gündür.
05/07/1939 - Türkiyədə Ənvər Paşanın övladlarına və nəvələrinə Türkiyə vətəndaşlığı verilməsinə və vətənlərinə qayıtmasına icazə verən qanun qəbul edilib.
05/07/1954 - BBC ilk televiziya xəbər bülletenini yayımlayıb.
05/07/1954 - Elvis Presli ilk mahnısını yazıb.
05/07/1962 - Əlcəzair Fransadan müstəqilliyini elan edib.
05/07/1998 - Yaponiya Marsa kosmik gəmi göndərib. ABŞ və Rusiyadan sonra Yaponiya kosmosun tədqiqində üçüncü ölkədir.
05/07/2020 - Dominikada ümumi seçkilər keçirilib.