Bakı. TurkicWorld:
13 İyul tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.
Xüsusi günlər
13/07/1878 - Osmanlı dövləti, Çar Rusiyası, Böyük Britaniya, Almaniya, Avstriya-Macarıstan, İtaliya Krallığı və Fransa arasında Berlin müqaviləsi imzalanıb.
13/07/1921 - Afyon yunanlar tərəfindən işğal olunub.
13/07/1930 - Uruqvayda futbol üzrə ilk dünya çempionatı başlayıb.
13/07/1937 - Fransa Hatayın müstəqilliyini rəsmən elan edib.
13/07/1938 - İstanbulda istehsal edilən ilk türk təyyarəsi Ankaraya gedərkən qəzaya uğrayıb.
13/07/1938 - Türkiyədə Torpaq məhsulları idarəsi yaradılıb.
13/07/1953 - Türk teatr və kino aktyoru Selçuk Yöntem anadan olub.
13/07/1959 - Trabzonda Amerika Hava bazası yaradılıb.
13/07/1993 - İstanbulda 34-cü Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib.
13/07/2012 - Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 13 iyulda imzaladığı 685 saylı fərmana əsasən "ASAN xidmət" mərkəzlərinin də strukturuna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb. Həmin ilin 5 sentyabrında Prezidentin digər fərmanı ilə Agentliyin strukturu və əsasnaməsi təsdiq olunub. Tarixdə bu gün ASAN xidmət təsis edilib. 29 dekabr 2012-ci ildə Bakıda pilot layihə olaraq ilk "ASAN xidmət" mərkəzinin açılışı olub. Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirirməklə 15 yanvar tarixində fəaliyyətə başlayıb.
13/07/2014 - Almaniya milli futbol komandası 2014 FİFA Dünya Kubokunu qazanıb.
13/07/2018 - Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) ilə Pakistan arasında 30 ədəd hücum helikopterinin satışı ilə bağlı müqavilə imzalanıb.