Son dəqiqə

Tarixdə bu gün

20 fevral tarixində dünyada nələr baş verib?

Bakı. TurkicWorld:

20 fevral tarixində dünyada nələr baş verdi? TurkicWorld dünya tarixində bu gün baş verən hadisələri oxuculara təqdim edir.

20/02/1507 - Fatih Sultan Mehmetin portretini çəkən italyan rəssam Gentile Bellini tarixdə bu gün vəfat edib.

20/02/1622 - II. Osman (Gənc Osman) öldürülüb.

20/02/1790 - Roma imperatoru II İosif bu gün dünyaya gəlib.

20/02/1886 - 1919-cu ildə Macarıstan Sovet Respublikasının lideri olan Bela Kun bu gün anadan olub.

20/02/1919 - Əfqanıstanda Əmir Həbibullah Xan öldürüldükdən sonra onun yerinə gələn Əmanullah Xan ölkəsinin müstəqilliyini elan edib.

20/02/1920 - Azərbaycan Kommunist Partiyası təsis edilib.

20/02/1914 - İlk elektrikli tramvay İstanbulda səyahətinə başlayıb.

20/02/1938 - Adolf Hitler Çexoslovakiya və Avstriyada almanlara öz müqəddəratını təyinetmə hüququnu tələb edib.

20/02/1941 - Yəhudilər üçün tranzit vizası haqqında təlimat nəşr olunub.

20/02/1970 - Dünyanın 4-cü ən böyük körpüsü olan Boğaziçi körpüsünün təməli qoyulub. Təməlqoyma mərasimini Türkiyə prezidenti Cövdət Sunay və Baş nazir Süleyman Dəmirəl açıb.

20/02/1971 - Uqandada İdi Amin özünü dövlət başçısı elan edib.

20/02/1983 - British Petroleum Company Türkiyədə neft kəşfiyyatı fəaliyyətini dayandırıb.

20/02/1984 - Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirov tarixdə bu gün vəfat edib.

20/02/1993 - İtaliya iş adamı Ferruçço Lamborgini bu gün vəfat edib

20/02/2001 - 27 yaşlı FTB agenti Robert Philip Hanssen 16 il ərzində Rusiyaya casusluq etdiyinə görə həbs edilib.

20/02/2001 - Ukraynada müxalifətçi jurnalist Georgi Qonqadzenin aradan qaldırılması üçün göstərişin prezident Leonid Kuçma tərəfindən verildiyi üzə çıxanda xalq Kuçmanın istefasını tələb edib. Ölkənin hər yerindən paytaxt Kiyevə gələn yüzlərlə etirazçı şəhərin əsas küçəsində çadır şəhərciyi qurub.

Mövzuya görə xəbərlər