Bakı, TurkicWorld
1889 Şimali Dakota və Cənubi Dakota ABŞ-ın 39-cu və 40-cı ştatları oldular.
1914 Rusiya Osmanlı İmperiyasına müharibə elan etdi.
1917 Fələstində yəhudilərə yurd verilməsini nəzərdə tutan Balfur Bəyannaməsi yayımlandı.
1918 Enver, Talat və Cəməl paşalar yoldaşları ilə birlikdə Alman gəmisinə minərək Osmanlıdan ayrıldı.
1920 İlk radio birbaşa yayımı ABŞ-nin Pittsburg şəhərində həyata keçirildi.
1922 TBMM-in gizli iclasında Lozanna Konfransına qatılacaq heyətin hökumət tərəfindən təyin olunması qərarı verildi.
1930 Haylə Selasiye Efiopiya imperatoru olaraq taxt-taca çıxdı.
1934 Türkiyənin Daxili İşlər Naziri Şükrü Kaya radio proqramlarından "alaturka" musiqini qaldırdı.
1936 İtalyan diktatoru Benito Mussolini Roma-Berlin müqaviləsini elan etdi, bununla da Ox Dövlətləri bloku yaradılmış oldu.
1947 Kaliforniyada aviasiya mütəxəssisi, iş adamı Hovard Hyuz indiyə qədər hazırlanan ən böyük sabit qanadlı təyyarə olan Spruce Goose-u uçurdu. Bu nəhəng təyyarənin ilk və son uçuşu oldu.
1953 Pakistan Quruçular Məclisi ölkənin adını Pakistan İslam Respublikası olaraq dəyişdirmək qərarını aldı.
1958 Mərzifon Yeni Çeltek Kömür Müəssisəsində grizu partlaması baş verdi, 10 işçi həyatını itirdi.
1960 Penguin Books nəşriyyatı yayımladığı “Lady Chatterley-in Sevgilisi” adlı kitabın ədəbsiz məzmunlu olduğu iddiası ilə məhkəməyə verildi və bu məhkəmədən bəraət aldı.
1964 Səudiyyə Ərəbistanı Kralı Səud taxtdan endirildi, yerinə qardaşı Şahzadə Feysəl keçdi.
1970 Salvador Alyende Çili Prezidenti oldu.
1978 Ferhat Tüysüz və Vəli Can Oduncunun da olduğu 13 millətçi Sağmalcılar Həbsxanasından qaçdı.
1981 İkinci Türkiyə İqtisad Konqresi açıldı.
1982 Türkiyə Təhsil Nazirliyi yataqxanada qalan tələbələrin yeməkdən sonra "Tanrımıza həmd olsun, millətimiz var olsun" deməsi qərarını aldı.
1988 Ərzurum Atatürk Universitetində dərsə buraxılmayan hicablı qız tələbələr aclıq aksiyasına başladı.
1989 Türkiyədə qadınlar cinsi təcavüzə diqqət çəkmək üçün "Bədənimiz Bizimdir, Cinsi Təcavüzə Yox" kampaniyasına başladı. Gəmidə verilən mətbuat açıqlamasından sonra qadınlara bənövşəyi iynə paylandı və kampaniya "Bənövşəyi İynə" adı ilə tanındı.
1991 Türkiyədə Erdal İnönü, Tuncelidə "Aranızda kürdcə danışmısınız, ana dilinizdə mahnı dinləmisiniz, bundan heç nə çıxmaz və buna heç kim mane ola bilməz. Amma rəsmi diliniz də türkcədir" dedi.
1991 Fənər Rum Ortodoks Patriarxı I Bartholomeos vəzifəyə başladı.
2020 44 günlük vətən müharibəsi. Prezident İlham Əliyev Türk Şurasının Baş katibini və digər şəxsləri qəbul etdi. Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutdu. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozdu. Hücuma cəhd edən düşmən 30-a qədər itki verərək geri çəkildi.