...

Minsk Qrupu formatı tarixin zibilliyinə atılıb - Zaxarova

Digər xəbərlər Şərh 17 Fevral 2023 14:29
TurkicWorld Aytac Aliyeva
Minsk Qrupu formatı tarixin zibilliyinə atılıb - Zaxarova

Bakı. TurkicWorld:

ATƏT-in Minsk Qrupunun formatı 2022-ci ilin fevralında tarixin zibil qutusuna göndərilib.

TurkicWorld-un məlumatına görə, bunu bu gün həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

"Amerikalı və fransalı həmsədrlər uydurma bir bəhanə ilə rusiyalı həmkarı ilə əlaqəni dayandırdılar. Üstəlik, onlardan heç bir aydın izahat gəlmədi", - deyə o qeyd edib.

M.Zaxarovanın sözlərinə görə, bunu nəzərə alan Moskva üçtərəfli formatlar çərçivəsində Azərbaycan və Ermənistana yardım edir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti