Son dəqiqə

Azərbaycan Ermənistan İran Allahşükür Paşazadə

İran bizim qardaşımız deyil, onlar Ermənistanın qardaşıdır - Allahşükür Paşazadə

Bakı. TurkicWorld:

Biz hamımız Tehranda Azərbaycan səfirliyində baş verən hadisəni qınayırıq. Necə ki, gördüyünüz kimi Azərbaycanda olan bütün dinlərin nümayəndələri gəlib burada başsağlığı verdi.

TurkicWorld-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, göründüyü kimi Azərbaycanda toleranqlıq mövcuddur.

"Amma çox təəssüflənirəm ki, Azərbaycana qonşu olan bir dövlətin Azərbaycana qarşı apardığı ədavətli hökümlərin nəticəsidir ki, bu gün Akopyanları müqəddəs yerlərə gətirib gəzdirirlər, "Ermənistanın ərazi bütövlüyü bizim qırmızı cizgimizdir" deyirlər, tankları gətirib sərhəddə düzürlər.

Mən burada İran xalqı deməzdim, çünki orda bizim 40 milyona yaxın azərbaycanlılarımız yaşayır, onlar bizim qardaşlarımızdırlar, onlar başa düşürlər, amma bu gün onlar İran rejminin, fars rejminin əlində əsirdirlər. Mən inanıram ki, gələcəkdə həqiqət öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq, hansı ki, bizi qardaş hesab edirdi. Biz indi bilirik ki, İran bizim qardaşımız deyil. Onlar Ermənistanın qardaşıdır.

Necə ki, cənab Prezident İlham Əliyev bəyan etdi ki, səfirlikdə baş verən hadisə terror aktıdır, biz də deyirik ki, bu terror aktıdır. Bu baxılmalıdır, incələnməlidir və bütün dünya həqiqətin nə olduğunu bilməlidir", - deyə A.Paşazadə əlavə edib.

Mövzuya görə xəbərlər