Son dəqiqə

Qarabağ Abdellah Zubir

Abdellah Zubir "Qarabağ"ı tərk edib

BAKI, TurkicWorld

"Qarabağ" futbolçusu Abdellah Zubirlə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu ilə müqaviləyə xitam verilib.

"Qarabağ" formasında keçirdiyin illər, meydandakı mübarizən, etdiyin kapitanlıq, qolların və komandamıza verdiyin töhfələr üçün təşəkkür edirik. Hər şey üçün təşəkkürlər, Abdullah Zubir!", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, Zubir 2018-ci ildən "Qarabağ"ın formasını geyinirdi. O, Ağdam təmsilçisinin heyətində keçirdiyi 369 oyunda 79 qol vurub və 96 məhsuldar ötürmə edib.

Zubir karyerasını Qətərin "Əl-Şahaniya" klubunda davam etdirəcək.

Mövzuya görə xəbərlər