BAKI,TurkicWorld,Yusif Şərifzadə
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Yaxın Şərqdə gərginliyin artmasından dərin narahatlıq keçirdiyini bildirib və bütün hücumların dərhal dayandırılmasını tələb edib.
TurkicWorld xəbər verir ki, Quterres vurğulayıb: “Livan, İran və Qəzzadakı atəşkəs tam şəkildə hörmət edilməlidir. Davam edən diplomatik səyləri zəiflədə biləcək hər hansı addımdan çəkinmək lazımdır.”
O əlavə edib: “İsrailin Qəzzaya keçid məntəqələrini bağlama qərarından da dərin narahatlıq keçirirəm və bütün humanitar yardımların sürətli, təhlükəsiz və maneəsiz şəkildə çatdırılmasını təmin etmək üçün bütün keçidlərin dərhal açılmasını tələb edirəm.”
Quterreş həmçinin bildirib ki, Yaxın Şərqdəki münaqişələrin hərbi həlli yoxdur. “İrəliləyişin yeganə yolu dialoq və danışıqlardan keçir. Mən bütün maraqlı tərəfləri bölgə və beynəlxalq sülh və təhlükəsizliyi irəli aparan diplomatik həllər üçün işləməyə çağırıram,” deyə o qeyd edib.







