Xaricdən alnması nəzərdə tutulan texnikaların böyük hissəsi artıq Azərbaycandadır - ANAMA sədri (ÖZƏL)

Xaricdən alnması nəzərdə tutulan texnikaların böyük hissəsi artıq Azərbaycandadır - ANAMA sədri (ÖZƏL)

Bakı. TurkicWorld:

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri davam etdirilir. Sentyabrın əvvəlinə qədər 50 min hektardan çox ərazi minalardan təmizlənib.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Süleymanov Trend-ə açıqlamasında deyib.

O bildirib ki, təmizlənən ərazilər əsasən infrastruktur layihələrinin həyata keçirildiyi ərazilər, kənd təsərrüfatı əraziləri, yolların çəkilşi, məskunlaşma əraziləri və digər ərazilərdir. Minatəmizləmə əməliyyatı işğaldan azad edilmiş bütün ərazilərdə həyata keçirilir.

V.Süleymanov əlavə edib ki, xaricdən alnması nəzərdə tutulan texnikaların böyük hissəsi artıq Azərbaycandadır və qalan hissəsi də bu il gətiriləcək. “Tələbat artdıqca bu texnikalardan yenə alınacaq. Bizim istifadə etdiyimiz avadanlıqlar ən müasir avadanlıqlardır”, - deyə o əlavə edib.