İstanbul 62 kiloqram narkotik maddə ələ keçirilib

İstanbul 62 kiloqram narkotik maddə ələ keçirilib

Bakı. TurkicWorld:

Türkiyənin İstanbul şəhərində polis tərəfindən həyata keçirilən əməliyyatda 62 kiloqram narkotik maddə ələ keçirilib, TurkicWorld-un məlumatına görə, polis tərəfindən saxlanılan şübhəli B.K. xaricdən qeyri-qanuni yolla əldə etdiyi narkotikləri şəhər daxilində əyləncə məkanlarına və narkotik satıcılarına satmağı planlayıb.

Uzun müddət aparılan texniki və fiziki izləmələrdən sonra keçirilən əməliyyatda narkotik itlərinin də dəstəyi ilə edilən axtarış zamanı avtomobildə 62 kiloqram skunk maddə ələ keçirilib.

Qeyd edək ki, əməliyyatda saxlanılan şübhəli həbs edilib.