Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - MN

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - MN

Bakı. TurkicWorld:

İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.