Son dəqiqə

Azərbaycan ordusu Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Anatolian Phoenix - 2024” beynəlxalq təlimində iştirak edəcək

Bakı. TurkicWorld:

"Anatolian Phoenix - 2024" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyə Respublikasının Konya şəhərinə gediblər.

TurkicWorld bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycanı Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edəcək.

Mayın 17-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Su-25 hücum təyarəsi də iştirak edəcək.

Mövzuya görə xəbərlər